Alleqri:

Alleqri: "Daha bir il "Yuventus"dayam"

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Ayaks"la cavab görüşündən (1:2) sonra klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

51 yaşlı mütəxəssis daha bir il komandada qalacağını deyib:

"Bir neçə gün əvvəl klub prezidenti ilə danışığımız olub. Daha bir il "Yuventus"da qalacam. Artıq indidən növbəti mövsümün planlarını qururuq".

Massimiliano Alleqri 2014-cü ildən bəri "Yuventus"u çalışdırır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR