Alleqri:

Alleqri: "Hazırkı "Yuventus"u formalaşdırmaq beş il çəkmişdi"

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri klubdan ayrılışı barədə fikirlərini bölüşüb:

"Hazırkı "Yuventus"u formalaşdırmaq üçün beş il lazım gəlmişdi. İndi isə hər şey bitir. Həyat davam edir, bir gün gələn bir gün gedir.

Evə gedəcəm, sonra isə dəniz kənarında bir az istirahət edəcəm. Məni kimin əvəzləyəcəyi haqda heç bir fikrim yoxdu. Ancaq bilirəm ki, "Yuventus" böyük məşqçi seçəcək, çünki "Yuventus" böyük klubdu.

Böyük məhəbbətin beş ili... Beş il mənim üçün heç də qısa müddət deyil".

51 yaşlı mütəxəssis 2014-cü ildən bəri "Yuventus"u çalışdırırdı. Onun rəhbərliyi altında "ağ-qaralar" 5 dəfə İtaliya A Seriyasının, 4 dəfə İtaliya Kubokunun, 2 dəfə isə ölkə Superkubokunun qalibi olub. Həmçinin Alleqrinin "Yuventus"u 2 dəfə Çempionlar Liqasının finalına kimi irəliləyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR