Alleqri:

Alleqri: "Quardiolanın ardınca getməklə səhvə yol vermişik"

"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri "Corriere Della Sera"ya müsahibəsində əks-hücum futbolunun yaxın illərdə futbolda əsas trendə çevriləcəyini bildirib.

Onun sözlərinə görə, dünya futbolu Pep Quardiolanın yolundan getməklə səhvə yol verib:

"Əks-hücum futbolunun böyük geridönüşü yaxındı. 20 ilə yaxındı Pep Quardiolanın ardınca getməklə səhvə yol vermişik. Quardiola sadəcə öz istisnasından bəhs etmişdi, əslində, onun futbolu hamıya uyğun deyildi. Pepin tarixi "Barselona"sı irəlidə pressinq edən və rəqibi cərimə meydançasına doğru itələyən 3 böyük oyunçu - İnyesta, Şavi, Messi - sayəsində yaranmışdı. Orta və ön xətt irəlidə təzyiq etdiyi üçün müdafiə də onlara qoşulur və mərkəzə kimi gələ bilirdi. Amma bunun üçün heyətinizdə İnyesta, Şavi və Messi kimi futbolçular olmalıdı. Belə deyim: sadəcə onlara xas olan bir şeyi götürdük və hamıya uyğunlaşdırmağa çalışdıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR