Alleqri

Alleqri "Yuventus"a qayıda bilər

"Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri yenidən Turin klubuna rəhbərlik edə bilər.

Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis bu posta qayıtmağa hazırdır. Uğursuz nəticələrdən narazı qalan klub rəhbərliyi indiki baş məşqçi Andrea Pirlonu mövsümün sonunda istefaya göndərəcək. Onu da məhz Alleqri əvəzləyəcək. Mütəxəssis 2019-cu ildə "Yuventus”dan ayrılandan sonra heç bir komandada çalışmayıb.

28 turdan sonra 56 xala malik turinlilər 4-cü pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR