Alman klubu baş məşqçisini yolladı

Alman klubu baş məşqçisini yolladı
"Hamburq” klubunun baş məşqçisi Bernd Hollerbax Bundesliqanın 26-cı turunun oyununda komandasının "Bavariya”ya (0:6) məğlubiyyətindən sonra vəzifəsindən uzaqlaşdırılıb.

Sport7.az xəbər verir ki, mövsümün sonunadək baş məşqçi vəzifəsinə "Hamburq”un gənclərdən ibarət komandasını çalışdıran 46 yaşlı Kristian Tits təyin edilib.

48 yaşlı sabiq futbolçu cari il yanvarın 22-dən - Markus Gizdolun istefasından sonra komandaya rəhbərlik edib.

Xatırladaq ki, martın 8-də "Hamburq”un prezidenti və idman direktoru klubu tərk ediblər. "Hamburq” Almaniya çempionatında 26 turdan cəmi 18 xal toplayıb. İndiyədək Bundesliqanı tərk etməyən komanda liqadan çıxma ehtimalı olanların siyahısında 17-ci yerdədir.
 
Sport7.az

Xəbər lenti