Alman klubu

Alman klubu "Qarabağ"a satmadığı futbolçunu pulsuz buraxır

Mövsüm başa çatdıqdan sonra "Qarabağ”dan ayrılan Aylton Silva müqavilə ilə məxsus olduğu "Ştutqart”da qalmayacaq.

Sport7.az xəbər verir ki, bunu Almaniya klubunun baş məşqçisi Pelleqrino Mataratso deyib.

Çalışdırıcı yerli mətbuata açıqlamasında müdafiənin cinahlarında alternativ variantların çox olduğunu və bu üzdən braziliyalı oyunçunun yeni mövsümdə ona lazım olmayacağını bildirib. Transfer danışığı zamanı "Qarabağ”dan 1,5 milyon avro tələb edən Bundesliqa təmsilçisi artıq 800-900 min avroya da oyunçusunu buraxmağa hazırdı.
 
Ancaq hazırda yalnız "Aris” onunla maraqlanır ki, yunanlar da həmin məbləği ödəmək fikrində deyil. Bundesliqaya yenicə vəsiqə qazanan "Ştutqart” müştəri tapa bilməsə, Ailtonu ya əvəzedici heyətə göndərəcək, ya da müqaviləsini pozaraq azad agent statusu verəcək.

Silva ötən mövsüm Azərbaycan Premyer Liqasında 15 oyunda iştirak edib, 1 qola imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR