Alman klubu

Alman klubu "Qarabağ"dan ayrılan futbolçunu istəmir

Almaniyanın "Ştutqart" klubu cari mövsümün sonunda "Qarabağ"la vidalaşan Ailton Silva ilə yollarını ayırmaq istəyir. 

Sport7.az xəbər verir ki, Bundesliqaya yüksələn komanda 25 yaşlı cinah müdafiəçisinə ehtiyac görmür. Bu haqda "Echo 24" məlumat yayıb. 2017-ci ildən "Ştutqart"a məxsus olan və əsas komandada möhkəmlənə bilməyən braziliyalı oyunçu bu vaxta qədər 3 dəfə icarəyə verilib. Nəşr iddia edir ki, icarədən qayıdan digər futbolçular Ailton Silvaya nisbətən daha şanslıdır və klub onlara etimad göstərəcək. 

"Ştutqart"ın həmin mövqeyə yeni futbolçu transfer edəcəyi də istisna edilmir. 

Ailton Silva ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. Onun klubu ilə müqaviləsi 2021-ci ilin yayında bitir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR