Almaniya klubu 3 futbolçu ilə vidalaşdı

Almaniya klubu 3 futbolçu ilə vidalaşdı

Bundesliqa təmsilçisi "Şalke” üç futbolçu ilə yollarını ayırıb.

Sport7.az xəbər verir ki, klub tərəfindən bu barədə məlumat yayılıb. Mövsümə uğursuz start rəhbərliyi islahatlara vadar edib. Gelzenkirxen təmsilçisi yarımmüdafiəçilər Nabil Bentaleb, Amin Harit və hücumçu Vedad İbişeviçin müqaviləsinə xitam verildiyini bəyan edib. Hər üç oyunçunun məşqlərdə istənilən canfəşanlığı göstərmədiyi və işə həvəssiz yanaşdığı açıqlanıb.

Bundesliqanın geridə qalan 8 turunda cəmi 3 xal toplayan "Şalke” turnir cədvəlinin son pilləsində qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR