Almaniya millisinin futbolçusu koronavirusa yoluxdu

Almaniya millisinin futbolçusu koronavirusa yoluxdu

Almaniya millisinin və "Mançester Siti"nin futbolçusu İlkay Gündoğanda koronavirus aşkarlanıb.  

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı türkəsilli alman yarımmüdafiəçi 10 günlük karantinə alınıb. 

"Mançester Siti" bu gün İngiltərə Premyer Liqasının II turunda "Vulverhempton"la qarşılaşacaq. İlkay Gündoğan 2019/2020 mövsümündə bütün turnirlərdə 50 matçda iştirak edib və 5 qol vurub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR