Almaniya millisinin heyəti açıqlandı: Kroos və ter Şteqen yoxdu

Almaniya millisinin heyəti açıqlandı: Kroos və ter Şteqen yoxdu

Baş məşqçi Yoahim Löv Avro-2020-nin seçmə mərhələsinin növbəti görüşləri ərəfəsində Almaniya millisinin heyətini açıqlayıb.

"Real"ın yarımmüdafiəçisi Toni Kroos və zədəli olan Mark-Andre ter Şteqenin ("Barselona") adları siyahıya daxil edilməyib:


Qapıçılar: Bernd Leno, Manuel Noyer, Kevin Trapp;

Müdafiəçilər: Mattias Qinter, Marsel Halstenberq, Yonas Hektor, Tilo Kerer, Lukas Klostermann, Niko Şults, Niklas Ştark, Niklas Züle, Conatan Ta;

Yarımmüdafiəçilər: Yulian Brandt, Yulian Draksler, Serj Qnabri, Leon Qoretska, İlkay Gündoğan, Kay Haverts, Yozua Kimmix;

Hücumçular: Marko Roys, Leroy Sane, Timo Verner.


Qeyd edək ki, Almaniya yığması 8 iyunda səfərdə Belarausla, üç gün sonra isə doğma meydanda Estoniya ilə qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR