Almaniya millisinin sabiq üzvü karyerasını bitirdi

Almaniya millisinin sabiq üzvü karyerasını bitirdi

Almaniya millisinin sabiq futbolçusu Kevin Qrosskroys karyerasını başa vurduğunu açıqlayıb.

Sport7.az xəbər verir ki, yarımmüdafiəçi 33 yaşında bu addımı atmaq qərarına gəlib. Karyerasının ən yaxşı illərini Dortmund "Borussiya”sında keçirən Kevin "Rot Vays”, "Ştutqart”, həmçinin Türkiyə "Qalatasaray”ında çıxış edib. Son illər aşağı liqa təmsilçiləri "Darmştadt” və "Yurdingen”də oynayan Qrosskroyts 2010-14-cü illərdə Bundestimin şərəfini qoruyub.

DÇ-2014-ün çempionu "Borussiya” ilə Almaniyada iki çempionluğu, kubok və iki Superkubok qazanıb, Çempionlar Liqasının finalçısı olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR