Almaniya yığmasının alacağı mükafat açıqlandı

Almaniya yığmasının alacağı mükafat açıqlandı
Dünya çempionatının Avropa zonası üzrə keçirilən seçmə mərhələlərində ən uğurlu komanda ünvanını ələ keçirən Almaniya Rusiyada keçiriləcək final mərhələsində yer alacağı üçün ümumilikdə 4 milyon 300 min avro mükafat alacaq. 

Sport7.az xəbər verir ki, 10 oyunun hamısında meydana çıxan 3 nəfər, Mark-Andre Ter Ştegen, Bernd Leno və Coşua Kimmix hər oyuna görə 20 min, ümumilikdə 200 min avro alacaq. Cəmi 37 futbolçunun oynamasına rəğmən heyətdə yer alanlarla birlikdə 42 oyunçuya mükafat veriləcək. 

Almanlar seçmə mərhələdə keçirdiyi 10 oyunun hamısında qələbə qazanaraq DÇ-nin final mərhələsinə getməyə haqq qazandı. "Panzerlər" 2010-cu ildə eyni uğuru qazanmış İspaniyadan sonra Dünya çempionatının seçmə mərhələlərində bütün oyunları qələbə ilə bitirən ikinci komanda olub. Bununla yanaşı komanda 43 qol vrub sadəcə 4-nü buraxmaqla, seçmə mərhələlərdə ən çox qol vuran komanda oldu. O bu rekordla İspaniya yığmasını geridə buraxıb.

Sport7.az

Xəbər lenti