Almaniyada “Formula 1-i xilas edək” Birliyi yaradılıb

Almaniyada “Formula 1-i xilas edək” Birliyi yaradılıb
Formula 1 yarışlarının bir daha Almaniyada keçirilməməsi ehtimalı ilə bağlı ötən həftəsonu söz-söhbət yayılıb. Belə ki, kontraktın qiymətləri Hokkenhaym yarışlarının təşkilatçılarını qətiyyən qane etməyib.
 
Sport7.az xəbər verir ki, Almaniya Avtomobil Federasiyası (DMSB), habelə AVD və ADAC klubları tərəfindən "Formula 1-i xilas edək” Birliyi yaradılıb. Onlar ümid edirlər ki, avtomobil konsernlərini və sponsorları Qran-Pri yarışlarının maliyyələşdirilməsinə cəlb edə biləcəklər.

ADAC prezidenti German Tomçikin Formula 1-in icraçı direktoru Çeyz Keri ilə görüşündə münasib qiymətlə bağlı razılaşma əldə edilməyib.

German Tomçik deyib: "Almaniyada ötən Qran-Pri böyük uğurla keçirildi. Yarış həftəsonunun gedişi zamanı biz "Liberty Media” ilə Hokkenhaymda Formula 1-in gələcəyi haqda danışıqlar apardıq. Formula 1-i bizim iştirakımız olmadan təsəvvür etmək çətindir. Axı, Almaniya avtomobil ölkəsidir”.

DMSB klubunun prezidenti Hans-Yoaxim Ştuk da onun sözlərini dəstəkləyib: "Almaniya Formula 1-də təmsil olunmalıdır. Bu, çox vacibdir. Çünki biz avtomobil üzrə aparıcı mövqe tuturuq. Biz yaranmış vəziyyəti tras sahibləri, avtomobil klubları və siyasətçilərlə müzakirə etdik və Hokkenhaymrinq trasında yarışlara dəstək verilməsi üzrə yeni birliyin yaradılmasına çox sevinirik. Bilirəm ki, Çeyz Keri ağıllı biznesmendir. Ümidvaram ki, o, bir çox yaxşı işlər, o cümlədən Almaniyadakı yarışlar üçün səylərini əsirgəməyəcək”.
 
Sport7.az 

Xəbər lenti