Almaniyalı ulduz futbolçu karyerasını bitirdi

Almaniyalı ulduz futbolçu karyerasını bitirdi

Almaniya millisinin və "Bavariya"nın sabiq hücumçusu, Mario Gomez karyerasını bitirmək qərarına gəlib.

Sport7.az xəbər verir ki, bu haqda onun son klubu olan "Ştutqart"ın mətbuat xidməti məlumat yayıb. Növbəti mövsümdən Bundesliqada mübarizə aparacaq komandanın uğurlarında danılmaz rolu olan Qomez 35 yaşında butslarını mıxdan asacaq. Bu səbəbdən klub ona uğurlar arzulayıb və xidmətlərinə görə təşəkkür edib.
 
Qomez Ştutqartın yetirməsidi. 2004-cü ildən bəri komandada üçmumilikdə, 230 oyun keçirib, 110 qola, 30 məhsuldar ötürməyə imza atıb. Qomez eyni zamanda "Bavariya", "Volfsburq", "Beşiktaş" və "Fiorentina" da top qovub.

Qomez Almaniya millisində 78 oyun keçirib və 31 qol vurub. 2010-cu il Dünya çempionatının bürünc mükafatçısı, Avro-2008-də isə gümüş medalların sahibi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR