Almanlardan jest: Finalın biletlərini yoxsul azərbaycanlı uşaqlara payladılar

Almanlardan jest: Finalın biletlərini yoxsul azərbaycanlı uşaqlara payladılar

"Ayntraxt"ın azarkeşləri maraqlı jestlə diqqət mərkəzinə düşüblər.

Almaniya mətbuatında yayılan xəbərə görə, Frankfurt klubunun fanatları Avropa Liqasının final oyununa olan biletlərini Azərbaycanda yaşayan aztəminatlı uşaqlara bağışlamaq qərarına gəliblər.

Məlumatda bildirilir ki, komandalarının finala vəsiqə qazanacağına inanan 100-ə yaxın azarkeş yarımfinal ərəfəsində həlledici görüşün biletlərini əldə ediblər. Ancaq yekunda "Ayntraxt"ın penaltilər seriyasında "Çelsi"yə məğlub olaraq turnirlə vidalaşması onların planlarını pozub.

Qeyd edək ki, mayın 29-da "Çelsi" və "Arsenal" klubları arasında keçiriləcək final matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR