Almeyda birinci, Qarayev üçüncüdür - STATİSTİKA

Almeyda birinci, Qarayev üçüncüdür - STATİSTİKA
UEFA Millətlər Liqasının III turunun ilk matçlarından sonra statistik məlumatlar açıqlanıb.

Sport7.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
 
Millimizin futbolçusu Riçard Almeyda ən çox dəqiq ötürmə verən futbolçu olub. 30 yaşlı yarımmüdafiəçi keçirdiyi 3 oyundan sonra 215 dəqiq ötürmə ilə birinci pillədə qərarlaşıb. Yığmanın digər üzvü Qara Qarayev isə bu göstəriciyə görə 3-cü yerdədir. 26 yaşlı yarımmüdafiəçinin isə aktivində 201 ötürmə var.

Qeyd edək ki, Ricard Almeyda Azərbaycan yığmasının Millətlər Liqasının III turunda səfər Farer adaları kollektivini 3:0 hesabı ilə məğlub etdiyi matçda iki qolun müəllifi olub. 
 
Sport7.az

Xəbər lenti