Almeyda: "Gəlmişəm ki, "Qarabağ"la birlikdə uğurlar qazanım"

Almeyda:
"Qarabağ"a qayıdan Riçard Almeyda ilk açıqlamasını verib.
 
Sport7.az xəbər verir ki, təcrübəli futbolçu icarə əsasında çıxış edəcəyi Ağdam klubuna qayıdışı haqda bunları söyləyib: "Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evimdi, ailəmdi. Burda hər kəsi tanıyıram. Gəlmişəm ki, komandamla birlikdə uğurlar qazanım, "Qarabağ"ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacam".
 
Sport7.az

Xəbər lenti