Almeyda: "Hər şey məndən asılı deyil"

Almeyda:
"Malta ilə oyun bizim üçün məsuliyyətli məqamdır. Matça yaxşı hazırlaşmışıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə və müsbət nəticə qazanmağa çalışacağıq”.

Sport7.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

- Rəqib baş məşqçi sizi Azərbaycan millisinin oyun üslubunu müəyyənləşdirən futbolçu kimi göstərdi. Bu barədə nə deyə bilərsiniz?

- Bizi çətin oyun gözləyir. Millidə hamı eyni səviyyədədir. Hər şey məndən asılı deyil. Futbolçular komanda şəklində baş məşqçinin dediklərini edə bilsələr, yaxşı nəticə olacaq.

- "Astana”da özünüzü yaxşı hiss etmədiyiniz və qış fasiləsində komandanı tərk edəcəyiniz deyilir. Bu, doğrudur?

- "Astana”dakı durumumdan razıyam. Mənim xəbərim yoxdur. Siz məndən çox bilirsiniz. (report.az)
 
Sport7.az

Xəbər lenti