Almeydanın komandasından yeni REKORD

Almeydanın komandasından yeni REKORD
Qazaxıstanın "Astana” klubu yeni rekorda imza atıb.

Sport7.azxəbər verir ki, millimizin üzvü Riçard Almeydanın hazırkı komandası UEFA-nın klub reytinqində 59-cu pilləyə yüksəlib.

Bu göstəriciyə görə "Astana” "İnter”, "Qalatasaray”, "Feyenoord”, "Everton”, "Milan” və "Spartak” kimi klubları qabaqlayıb.

Cəmi beş mövsüm ərzində "Astana” 402-ci yerdən 59-a qədər yüksəlib. İndiyə qədər heç bir Avropa klubu qısa müddətdə belə uğurlu sıçrayışa imza atmayıb. Qazaxıstan təmsilçisi bu beş mövsümün dördündə avrokubokların qrup mərhələsində iştirak edib. Belə ki, "Astana” 3 dəfə Avropa Liqasının, bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsinə qədər yüksəlib.

Xatırladaq ki, Roman Qriqorçukun hələ də rəsmən baş məşqçi olduğu "Astana”da bu yaydan etibarən Riçard Almeyda və Pedro Enirike çıxış edir.

Sport7.az
 
 

Xəbər lenti