Almeydanın “Qarabağ”la yeni müqaviləsinin müddəti açıqlandı

Almeydanın “Qarabağ”la yeni müqaviləsinin müddəti açıqlandı
Riçard Almeydanın "Qarabağ”a dönüşü reallaşmaq üzrədi.

Sport7.az xəbər verir ki, Qurban Qurbanovdan sevimli futbolçusunu sərəncamında görməyi çox arzulayır. Yeganə problem Almeydanın "Astana” ilə müqaviləsinin olmasıdı.

Amma artıq bu problem də aradan qalxmaq üzrədi. Belə ki, "Astana”da büdcənin kəskin azaldılması, legionerlərlə yolların ayrılması sayəsində qənaət edilməsi prosesi başlayıb. Məhz bunun sayəsində Almeyda da azad agent kimi "Qarabağ”a keçməyə yaxındı.

Artıq nüfuzlu "Transfmarkt.de” saytı da Riçard Almeydanı "Qarabağ”ın futbolçusu kimi göstərib. Həmin mənbədə qeyd olunur ki, braziliyalı futbolçu Azərbaycan çempionu ilə 2021-ci ilin 1 iyuluna qədər sözləşmə imzalayıb.

Sport7.az

Xəbər lenti