Almeydaya 800 minlik təklif

Almeydaya 800 minlik təklif
Azərbaycan millisinin üzvü Riçard Almeydanın yeni klubu hələ də bəlli deyil. 

Sport7.az xəbər verir ki, futbolçu hazırda bir neçə klubla danışıqlar aparır. 

Azerisport.com-un yaydığı xəbərə görə, Almeydaya daha iki rus klubundan təklif gəlib. Bunlar "Dinamo" və "Axmat" komandalarıdır. 

Qroznı təmsilçisi Riçarda ilinə 800 000 dollar ödəməyə hazırdır. 

Qeyd edək ki, Riçard Almeyda keçəcəyi klubla bağlı hələ yekun qərarını verməyib. 
 
Sport7.az

Xəbər lenti