Alpaqut Federasiyası idmançılar üçün seminar keçirib

Alpaqut Federasiyası idmançılar üçün seminar keçirib

Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazovun tapşırığına uyğun olaraq, Azərbaycan Alpaqut Federasiyasının Bakı Regional Nümayəndəliyinə daxil olan Filialların idmançıları üçün seminar keçirilib.

Sport7.az xəbər verir ki, seminarda 100-dən artıq uşaq, yeniyetmə və gənc idmançı (Alp) iştirak edib.

Federasiyasının Bakı Regional Nümayəndəliyinin rəhbəri Şahlar Vəliyev tərəfindən keçirilən seminarda idmançıların ustalıq səviyyəsi yoxlanılmaqla yanaşı, idmançılara Alpaqut döyüş sənəti barədə metotik məlumat verilmiş, yeni qəbul edilmiş qaydalar haqqında nəzəri izahlar edilmişdi.

Bu cür seminarlar ölkənin digər regionallarda da keçirilməsi nəzərdə tutulur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR