Alpinistlərin axtarışı nəticəsizdir

Alpinistlərin axtarışı nəticəsizdir
İtkin düşmüş alpinistlərin axtarışları bu gün səhər 05:00-dan bərpa olunub.

Sport7.az xəbər verir ki, bunu Oxu.Az-a "Gilavar” - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov bildirib.

Onun sözlərinə görə, Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışlarına FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, kinoloqlar, nazirliyin Aviasiya dəstəsinin "Mi-17” markalı helikopteri və FAİREX-in peşəkar alpinistləri cəlb olub.
 
Sport7.az

Xəbər lenti