Alternativsiz Ramin Musayev

Alternativsiz Ramin Musayev

Koronavirus pandemiyası həyatın digər sahələrini olduğu kimi, futbolu da öz təsir dairəsində saxlayır.

Sport7.az xəbər verir ki, ölkədə tətbiq olunan sərt karantin rejimi Peşəkar Futbol Liqasının işinə də təsir göstərib. Qurumda yeni prezident seçkilərinin keçirilməsi karantin rejiminə görə mümkün olmur.

Məsələ ilə bağlı "Futbol+” qəzetinə danışan Aslan Şahgəldiyev qeyri-müəyyənliyin davam etdiyini deyib:

"Bu məsələ avqustun sonlarına həll olunmalıdı. Bilirsiz ki, koronavirusa görə ölkədə karantin rejimi tətbiq olunur. Operativ Qərargahın qərarından sonra seçkilərin vaxtını müəyyən edəcəyik. Karantin rejimi uzadılsa, toplaşmaq icazəsi olmadığına görə seçkinin vaxtını müəyyən etmək çətin olacaq. Uzağı bu prosesi onlayn keçirəcəyik. Bunu son variant kimi düşünürük. Karantin rejiminin ləğvi ilə bağlı qərar qəbul edilsə, avqustun sonlarına kimi prezident seçkisini keçirəcəyik”.

PFL rəsmisinin sözlərinə görə, yeganə namizəd hələ ki Ramin Musayevdi: "Hələlik başqa biri yoxdu. Prezidentliyə tək namizəd hazırkı prezident Ramin Musayevdi”.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR