Alveşdən Ronaldoya qarşı iyrənc hərəkət - FOTOLAR

Alveşdən Ronaldoya qarşı iyrənc hərəkət - FOTOLAR
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində PSJ "Real"a 1:2 hesabı ilə məğlub olaraq yarışda mübarizəni dayandırdı.
 
Sport7.az xəbər verir ki, oyundan sonra PSJ-nin sağ cinah müdafiəçisi Dani Alveşlə "Real"ın portuqlaiyalı ulduzu Kristiano Ronaldo arasında yaşananlar müzakirələrə səbəb oldu.
 
Ronaldo, matçın ilk yarısında rəqibi ilə ikili mübarizənin ardından hakimin faul qərarı verməsinə əsəbiləşərək Alveşə arxadan boşa gedən təpik atdmışdı. Alveş isə bunun intiqamını ağır şəkildə alıb. Belə ki, yaxından çəkilən kameradan əldə edilən görüntülərdə braziliyalı ulduzun iyrənc hərəkəti diqqətdən qaçmayıb. Belə ki, futbolçu burun zibilinin Ronaldonun qoluna sildiyi görülüb.
 
 

Sport7.az

Xəbər lenti