AMADA cəmiyyətdəki problemi müzakirə etdi

AMADA cəmiyyətdəki problemi müzakirə etdi

24 sentyabr 2020-ci il tarixində cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və fəsadlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
 
Sport7.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov, TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva və Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev iştirak edib. Çıxışlar zamanı bildirilib ki, steroidlərin qeyri-qanuni yollarla əldə edilməsi və istifadəsi peşəkar idmanın çərçivəsindən çıxaraq cəmiyyətdə problemə çevrilib.

Bu problemə qarşı daha effektiv mübarizə aparmaq üçün cəmiyyətimiz və müvafiq hüquq mühafizə orqanları ortaq səylərini birləşdirməlidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR