AMADA cüdoçumuzu diskvalifikasiya etdi

AMADA cüdoçumuzu diskvalifikasiya etdi

Azərbaycanın daha bir idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Sport7.az xəbər verir ki, bu haqda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb. Cüdoçumuz Könül Əliyeva diskvalifikasiya olunub. 

Cüdoçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində diuretiklər və gizlədici maddələr/ furosemid maddəsi tapılıb. O, bu səbəbdən 12 ay cəzalandırılıb. İdmançının diskvalifikasiya müddəti 2020-ci il fevralın 19-dan hesablanmağa başlanılıb. 
 
Buna qədər taekvondo millimizin sabiq üzvü Ramin Əzizov da 2 il müddətinə cəzalandırılıb.

AMADA daha öncə 56 idmançımıza cəza tətbiq edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR