AMADA-nın direktoruna Ümumdünya Antidopinq Agentliyində vəzifə verildi

AMADA-nın direktoruna Ümumdünya Antidopinq Agentliyində vəzifə verildi

Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin Milli Antidopinq Təşkilatları üzrə (NADO EAG) yeni yaradılmış ekspert məsləhətçi qrupunun üzvü seçilib. 

Sport7.az xəbər verir ki, 10 nəfərdən ibarət ekspert məsləhətçi qrupununda Azərbaycan da daxil olmaqla 9 ölkənin (Azərbaycan, Norveç, Peru, İsveç, Tunis, Kanada, Böyük Britaniya, Fransa və Çin) və bir beynəlxalq təşkilatın (iNADO) nümayəndəsi təmsil olunur. 

Yeni yaradılan ekspert məsləhətçi qrupunun məqsədi ÜADA-ya bütün Milli Antidopinq Təşkilatlarının qısa və uzunmüddətli inkişaf proqramları üzrə ekspert məsləhət, tövsiyə və təlimatlar verməkdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR