Amerika Basketbol İdman elçiləri Kreyq Eşeriklə Çini Nvaqbo Azərbaycana səfər edib

Amerika Basketbol İdman elçiləri Kreyq Eşeriklə Çini Nvaqbo Azərbaycana səfər edib

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə iyunun 16-dan 24-nə kimi Amerika Basketbol İdman elçiləri Kreyq Eşerik və Çini Nvaqbo Azərbaycana səfər edib.
 
Sport7.az xəbər verir ki, Azərbaycanda olduqları müddət ərzində Amerikalı məşqçilər Bədən Tərbiyə müəllimləri üçün Gəncədə uğurlu karyeraya aparan liderlik bacarıqlarına idmanın necə kömək etməsi haqqında 40-50 dəqiqəlik seminar keçiriblər. Onlar eləcə də 40-50 gənc və onların məşqçiləri üçün Göygöl Olimpiya İdman Kompleksində oyun təşkil ediblər.

Həmçinin dünən Basketbol Mübadiləsi Proqram"ı çərçivəsində ADBTİA-nın basketbol zalında "Gənc Basketbolçuların Həmrəyliyi Turnir"inə start verilib. 3 gün davam edəcək yarışda Xaçmaz, Qusar, Şəmkir, Gəncə, Cəlilabad, Göygöl, Mingəçevir və Bakını təmsil edən 8 komanda iştirak edir 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR