Amerika klubunun oyunçusunun koronavirus testi müsbət çıxıb

Amerika klubunun oyunçusunun koronavirus testi müsbət çıxıb

"Mayami” basketbol klubunun daha bir oyunçusu koronavirusa yoluxub. Bu artıq son bir həftədə üçüncü belə yoluxma halıdır.

Sport7.az xəbər verir ki, ötən həftənin əvvəlində komandanın üzvləri koronavirus testindən keçərkən kollektivin 2 üzvündə yoluxucu infeksiya aşkarlanmışdı. Elə bunun məntiqi nəticəsi kimi klub rəhbərliyi ikinci dəfə məşq bazasını bağlamışdı. Amma "Mayami” koronavirusa yoluxan 2 oyunçusunun adını ictimaiyyətə açıqlamamışdı. Elə indi də koronavirusa yoluxan oyunçunun kimliyi haqda heç bir məlumat verilmir. Amerika mətbuatının məlumatına görə, bu oyunçular sağaldıqdan sonra meydana çıxa biləcəklər.
 
Amma onların komanda ilə birgə Orlandoda məşqlərə tez bir zamanda başlayacağı inandırıcı görünmür.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR