Amerika Kuboku: Ekvador və Yaponiyaya sərf etməyən bərabərlik (VİDEO)

Amerika Kuboku: Ekvador və Yaponiyaya sərf etməyən bərabərlik (VİDEO)

Braziliyanın ev sahibliyində keçirilən Amerika Kubokunda qrup mərhələsi başa çatıb.

C qrupunda 3-cü tur çərçivəsində keçirilən digər matçda Ekvador və Yaponiya yığmaları üz-üzə gəlib. Hesab 15-ci dəqiqədə açılıb. Söya Nakadzima asiyalıları önə keçirib. Ancaq çox keçmədən Anxel Mena oyuna tarazlıq gətirib. Görüşdə başqa qol olmayıb. 1:1 hesablı bərabərlik hər iki komandanın ən yaxşı qrup üçüncüləri sırasına düşmək şansının üzərindən xətt çəkib. Yaponiya 2 xalla qrup üçüncüsü, Ekvador isə 1 xalla sonuncu olub.


Amerika Kuboku

C qrupu

3-cü tur

Ekvador - Yaponiya - 1:1

Qollar: Mena (35) - Nakadzima (15)

 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR