Amerikalı tennisçi 4 illik diskvalifikasiya edildi

Amerikalı tennisçi 4 illik diskvalifikasiya edildi

ABŞ tennisçisi Eşli Krattser 4 il müddətinə diskvalifikasiya edilib.

Sport7.az xəbər verir ki, bu haqda "Associated Press" agentliyi məlumat yayıb. Buna 21 yaşlı idmançının dopinq qəbul etməsi səbəb olub. Tennisçidə gücə və çəki itkisinə müsbət təsir göstərən GHRP-6 maddəsi aşkarlanıb.

Onun cəzası bu ilin martından hesablanacaq. Krattserin qərarla bağlı İdman Arbitraj Məhkəməsinə şikayət etmək hüququ var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR