Amil Yunanov Qazaxıstan klubuna keçir

Amil Yunanov Qazaxıstan klubuna keçir
"Sumqayıt"ın sabiq hücumçusu Amin Yunanov karyerasını Qazaxıstandan davam etdirə bilər. 

Sport7.az xəbər verir ki, bu barədə "azerisport.com" məlumat yayıb. 

Xəbərə görə, hücumçusu ilə vidalaşan ölkənin "Akjayık" klubu boş qalan yerə forvard axtarışındadır. Klubun Amil ilə maraqlandığı qeyd olunur. 

Qeyd edək ki, Topaz Premyer Liqasında ən çox qol vuran futbolçular sırasında ikinci olan Amil Yunanov mövsümün sonunda "Sumqayıt"la müqaviləni yeniləməyib.
 
Sport7.az

Xəbər lenti