Afrika Millətlər Kubokunda (AMK) 1/4 final mərhələsinə yekun vurulub.
Kot-d'İvuar və Əlcəzair milliləri üz-üzə gəlib. 20-ci dəqiqədə Sofian Fequli hesabı açıb. İkinci hissənin ortalarında Kot-d'İvuar Kodjianın qolu sayəsində oyuna tarazlıq gətirib. Əsas vaxt 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da qol vurulmadığından, penaltilər seriyasına ehtiyac yaranıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Əlcəzair yarımfinala yüksəlib.
Madaqaskar Tunislə qarşılaşıb. 52-ci dəqiqədə Fercani Sassi "səssizliy"i pozub. Çox keçmədən Yussef Msakni Tunisin üstünlüyünü möhkəmləndirib. Matça son nöqtəni isə artırma dəqiqələrində Naimi Sliti qoyub. Beləliklə, turnirin sürpriz komandası Madaqaskarı 3:0 hesabı ilə məğlub edən Tunis adını "son dördlüy"ə yazdırıb.
Afrika Millətlər Kuboku
Misir
1/4 final
Kot-d'İvuar - Əlcəzair - 1:1
Qollar: Kodjia (62) - Fequli (20)
Penaltilər seriyası - 3:4
Madaqaskar - Tunis - 0:3
Qollar: Sassi (52), Msakni (60), Sliti (90+3)
Yarımfinalda Tunis Seneqalla, Əlcəzair isə Nigeriya ilə qarşılaşacaq.
Sport7.az