"Ana olmaq başıma gələn ən gözəl şeydi" - Azarenko

İki dəfə "böyük dəbilqə" turnirlərinin qalibi olan və ana olduqdan sonra yenidən kortlara qayıdan Viktoriya Azarenko ailə və idman arasındakı münasibətlərdən danışıb.

Ailə həyatı qurduqdan sonra belə, idmanda uğur qazanmağın mümkünlüyünü vurğulayan belaruslu raketka ustası bu mənada digər xanım atletlerə nümunə olmağa çalışdığını bildirib:

"Çox xoşbəxtəm ki, idmandakı qadın stereotipi ortadan qalxmaqdadı. Yəni həm ailə sahibi olmaq mümkündü, həm də yüksək səviyyədə karyeranı davam etdirmək. Əslində, hadisələrin nağıllardakı kimi cərəyan edəcəyini düşünürdüm. Düzdü, belə olmadı, amma əminliklə deyə bilərəm, ana olmaq başıma gələn ən gözəl şeydi. Karyera və ailə arasında balans yaratmağa çalışıram, bu isə asan iş deyil. Ümid edirəm ki, bu mənada digərlərinə yaxşı nümunə ola biləcəm".
 

 
Qeyd edək ki, Azarenkonun Leo adlı 2 yaşlı oğlu var. Ana olduqdan sonra kortlara qayıdan sabiq dünya bir nömrəsi hazırda WTA sıralamasında 53-cüdü.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR