"Anadolu Efes" Ergin Atamanın müqaviləsini uzadıb

"Anadolu Efes" baş məşqçi Ergin Atamanla müqavilə yeniləyib.

Klub saytının məlumatına görə, türkiyəli mütəxəssisin sazişi 2021-ci ilə kimi nəzərdə tutulub.

Ataman 2017-ci ildən bəri "Efes"i çalışdırır. Onun rəhbərliyi altında komanda cari mövsümdə Türkiyə Superliqasında müntəzəm çempionatın lideri kimi pley-offa vəsiqə qazanmaqla yanaşı, Avroliqada final oynayıb. İstanbul klubu həlledici görüşdə ÇSKA-ya məğlub olaraq, ikinciliklə kifayətlənmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR