Anand məğlub oldu, mətbuat konfransını yarımçıq tərk etdi

Anand məğlub oldu, mətbuat konfransını yarımçıq tərk etdi

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019” superturnirinin ikinci turunda dünya çempionu Maqnus Karlsenə (Norveç) məğlub olan sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan) mətbuat konfransını yarımçıq tərk edib.
 
Sport7.az xəbər verir ki, Anand konfransa gələn kimi getməli olduğunu bildirərək, öncə ona sual verilməsini istəyib. Hindistanlı dünya çempionu oyunu qısa şərh edərək, digər sualları cavablandırmadan, rəqibi Karlsenin fikirlərini bildirməsini gözləmədən əsəbi halda konfransı tərk edib.

İkinci turdan sonra Anandın aktivində 0.5 xal var. Karlsen isə bu oyundan sonra xalını 1.5-ə yüksəldib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR