Anar Məmmədovun federasiyasında istefalar – Baş katib də vəzifəsindən getdi

Anar Məmmədovun federasiyasında istefalar – Baş katib də vəzifəsindən getdi
Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova vəzifəsindən istefa verib.

Sport7.az xəbər verir ki, bu barədə Unikal.org-a Nigar Süleymanovanın özü məlumat verib.

O, vəzifəsindən hansı səbəbdən getməsi barədə məlumat verməsədə, bu sözlərlə kifayətlənməli olub:

"Mən daha AQF-də çalışmıram. Bir müddətdir ki, oradan uzaqlaşmışam. Yerimə kimin gəldiyindən də xəbərsizəm”.

Qeyd edək ki, Azərbaycan Qolf Federasiyasının prezidenti, Anar Məmmədovdur. Federasiyada uzun müddətdir maaş ala bilməyən işçi heyəti qurumu tərk etməyə qərar verib. Bildirək ki, Azərbaycan Qolf Federasiyasının təlimçisi Emin Zeynalov da bir neçə ay əvvəl qurumdan ayrıldığını açıqlayıb.
 
Sport7.az

Xəbər lenti