Anar Salmanovla Babək Quliyev bağışlandı

Anar Salmanovla Babək Quliyev bağışlandı

Fritz Stuxlik inadından əl çəkərək, Anar Salmanovla Babək Quliyevi bağışlayıb.

Sport7.az xəbər verir ki, qış fasiləsindən sonra götürülən test imtahanları zamanı avstriyalı sədr hər iki şəxsi "kəsmişdi”. Məhz bu səbəbdən də III dövrənin oyunlarında Quliyevlə Salmanov hakim-inspektor kimi təyinat almırdı.

Artıq "buzlar” əriyib. Etibarlı mənbədən aldığımız məlumatda bildirilir ki, sabiq FİFA referilərinin bağışlanmasında AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun da müdaxiləsi olub. Məmmədov şəxsən Stuxliklə görüşüb və hər iki şəxsin onların komandası üçün vacib olduğunu diqqətə çatdırıb. Yalnız bundan sonra Quliyevlə Salmanova təyinat verilməsi, bununla da hər iki "canlı bomba”nın zərərsizləşdirilməsi qərarlaşdırılıb.

Elxan Məmmədov avstriyalı sədrə başa salıb ki, indiki vəziyyətdə Anar Salmanovla Babək Quliyevin düşmənə çevrilməsi onlara lazım deyil.

Anar Salmanov "Qarabağ” – "Sumqayıt” qarşılaşmasında, Babək Quliyev isə "Sabah” – "Səbail” oyununda hakim-inspektor kimi iş başında olacaq.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR