Ançelotti "Arsenal"a gedir?

Ançelotti
Çempionlar Liqasında PSJ-yə 3:0 hesablı yenilginin ardından "Bavariya" ilə yolları ayıran Karlo Ançelotti ilə bağlı maraqlı iddia ortaya atılıb.
 
Sport7.az xəbər verir ki, Münhen təmsilçisindən ayrıldıqdan sonra işsiz qalan Ançelottiniun yayda "Arsenal"ın başına keçəcəyi deyilir. 
 
İtaliya mətbuatının məlumatına görə mövsümün sonunda Arsen Vengerlə yolları ayırmağı düşünən "Arsenal" rəhbərliyi Ançelotti ilə prinsipial razılıq əldə edib. Onun bonuslardan əlavə ildə 10 milyon avro qazanacağı bildirilir. 
 
21 mövsümdü "Arsenal"a rəhbərlik edən Venger komandanın xeyli müddətdi çempion olmaması səbəbindən tərəfdarların hədfinə çevrilib.
 
Sport7.az

Xəbər lenti