Anisimova atasının vəfatı ilə əlaqədar olaraq

Anisimova atasının vəfatı ilə əlaqədar olaraq "US Open"də iştirakdan imtina edib

Amanda Anisimova "US Open"də iştirakdan imtina edib.

WTA-nın reytinq cədvəlində 24-cü olan tennisçi qərarını atasının vəfatı ilə əlaqələndirib. Anisimovanın atası ötən gün dünyasını dəyişib. Ölüm səbəbi bəlli deyil.

Anisimova 2001-ci ildə ABŞ-da dünyaya gəlib. Onun ailəsi 1998-ci ildə Rusiyadan ABŞ-a köçüb. 17 yaşlı tennisçinin məşqçisi atası idi.

Qeyd edək ki, A. Anisimova bu il "Rolan Qarros"da yarımfinala qədər irəliləmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR