Antoin Qrizman: "ÇL-i "Yuventus" qazanacaq, "Qızıl top"u Buffon"

Antoin Qrizman:
Antoin Qrizmanlı "Atletiko" Çempionlar liqasının finalında "Real"a baş əydi.
 
Sport7.az xəbər verir ki, buna baxmayaraq Qrizman Kardiffdə baş tutacaq finalda "Real"ın "Yuventusa" uduzacağı qənaətindədi. "El Larquera" nəşrinə dnışan futbolçu "Çempionlar Liqasının finalında qələbə qazanan tərəf "Yuventus" olacaq. Daha sonra "Qızıl top" mükafatı Buffona veriləcək" söyləyib.
 
Futbolçu "Atletiko"dakı gələcəyi ilə bağlı isə bunları söyləyib:
 
"Menecerim klub rəhbərliyi ilə görüşüb. Görüşmədə deyildiyi kimi, mən burda çox xoşbəxtəm. Özümü, gələcəyimi nə Çində nə də başqa bir yerdə görürəm. "Atletiko" ilə çempionluqlar yaşamaq istəyirəm. Bunun üçün də əlmdən gələni edəcəm. Klub olaraq, hədəfimiz prezidentimizin həyata keçirdiyi transferlərlə daha dəqiq şəkildə ortaya çıxacaq".
 
Sport7.az

Xəbər lenti