Anton Krivotsyuk: "İnanıram ki, birinci mərhələni adlaya biləcəyik"

Anton Krivotsyuk:
"Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk klubun rəsmi saytına açıqlama verib.
 
Sport7.az xəbər verir ki, müqaviləsinin müddətinin artırılmasına münasibət bildirən futbolçu hazırlıq və avroliqa matçı haqda da fikirlərini bölüşüb:

"Əlbəttə, "Neftçi” ilə müqavilə müddətini artırmağım, bu klubun şərəfini qorumağa davam etməyim mənə müsbət enerji verir. Mənim kimi gənc futbolçu üçün bu böyük stimuldur, irəliyə addımdır. Bu komandaya öyrəşmişəm. Burada qalmaq istəyirdim. Ümidvaram ki, faydalı olmağa davam edəcəm”.

Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirən Krivotsyuk komandamızın Avropa Liqasının birinci təsnifat mərhələsində uğurlu çıxış edib, mərhələ adlayacağını deyib:

"Təlim-məşq toplanışı yekunlaşmaq üzrədir. Fikrimcə, pis çalışmırıq. Məşqçinin dediklərinin hamısını yerinə yetirməyə cəhd edirik. Artıq üç yoxlama oyunu keçirmişik. Necə oynadığımı məşqçilər korpusu daha dəqiq qiymətləndirə bilər. Onu deyə bilərəm ki, təlim-məşq toplanışı çərçivəsində həm oyunlarda, həm də məşqlərdə böyük istəklə və var gücümlə çalışmışam. İnanıram ki, "Uypeşt”lə oyunda hər şey yaxşı olacaq, uğurlu çıxış edib, mərhələni adlaya biləcəyik”.
 
Sport7.az

Xəbər lenti