APOEL

APOEL "Qarabağ"la oyuna itkilərlə çıxacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ”ı qəbul edəcək Cənubi Kiprin APOEL komandasının zədəli futbolçularının durumuna aydınlıq gəlib.
 
Sport7.az xəbər verir ki, iki futbolçunun - Tomas de Vinsenti və Roman Bezyak Azərbaycan çempionuna qarşı oynamayacağı dəqiqləşib.

Əvəzində zədəlilərdən biri - Antonio Yakoliş tam sağalıb. Baş məşqçi Tomas Doll xorvatiyalı yarımmüdafiəçinin xidmətindən yararlana biləcək.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – "Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR