APOEL-in

APOEL-in "Qarabağ"la oyun üçün heyəti

APOEL-in Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Qarabağ”la oyunu üçün "18-liy”i açıqlanıb.
 
Sport7.az xəbər verir ki, Kipr təmsilçisinin baş məşqçisi Tomas Dollun siyahısında zədəli yarımmüdafiəçilər - argentinalı Tomas de Vinsenti və xorvatiyalı Antonio Yakoliş yer almayıb. Əvəzində bərpa olunan sloveniyalı hücumçu Roman Bezyak heyətə düşüb.

Qapıçılar: 27. Vid Belets, 99. Boy Vaterman

Müdafiəçilər: 23. Joaozinyo, 29. Praksitelis Vuros, 30. Giorqos Merkis, 44. Nikolas Yannu, 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç

Yarımmüdafiəçilər: 6. Savvas Gentsoğlu, 7. Georgios Efrem, 8. Lukas Souza, 11. Musa əl-Tamari, 14. Uroş Matiç, 46. Efstatios Aloneftis, 95. Alef

Hücumçular: 9. Linus Hallenius, 20. Andriya Pavloviç, 89. Roman Bezyak

Qeyd edək ki, bu gün keçiriləcək APOEL – "Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR