APOEL rəsmiləri azarkeşlərə səsləndi - Boykot davam edir...

APOEL rəsmiləri azarkeşlərə səsləndi - Boykot davam edir...

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la oyuna hazırlaşan APOEL klubu azarkeşlərə səslənib.

Sport7.az "Kerkida.net"ə istinadən xəbər verir ki, Kipr klubunun rəsmiləri Ağdam təmsilçisi ilə matçda azarkeşləri komandayalarına dəstək olmağa dəvət edib. 

Rəhbərlik böyük Avropa gecələrini xatırladan "GSP Arena"nı yenidən dirçəltmək üçün azarkeşlərdən bu möhtəşəm matçda iştirak etmələrini xahiş edib. 

Azarkeşlərin APOEL-i boykot etdiyi isə oyuna satılan bilet sayından bəllidir. Belə ki, Kipr mətbuatının yaydığı xəbərə görə, matçda 3000 bilet satılıb. Ancaq  23 min azarkeş tutumu olan stadionda həlledici matç üçün bu qədər bilet satılması APOEL-ə güclü azarkeş dəstəyi olmayacağından xəbər verir. 

Qeyd edək ki, APOEL - "Qarabağ" qarşılaşması noyabrın 7-də baş tutacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR