Aqil Məmmədov: "Neftçi"də elə futbolçular var ki, komandaya layiq deyil"

Aqil Məmmədov:
"Sumqayıt"ın aşağı yaş qruplarında çalışan Aqil Məmmədovun Sport7.az saytına müsahibəsi.

- Aqil bəy hazırda nə işlə məşğulsuz?

- Hazırda "Sumqayıt"da U-19-u çalışdırıram. Şükür Allaha işlər qaydasındadı.

- "Sumqayıt"a gəlməmişdən əvvəl başqa təkliflər vardı?

- Açığı birinci diviziondan var idi. Amma işləmək istəmədim. Bunu da normal qarşılayıram. 

- Premyer-liqa ilə bağlı nə düşünürsüz?

- Həmişəki kimi, "Qarabağ"la "Qəbələ" çempionluğa oynayır. "Zirə" ilə "Sumqayıt"ın da yaxşı sansı var avrokuboklarda oynamaq üçün. Belə davam etsələr vəsiqə qazanarlar. Belə götürəndə, keçənilki ilə builki çempionat arasında fərq görmürəm. 

- Hazırda "Qəbələ" ilə aradakı xal fərqini nəzərə alsaq, "Qarabağ"ı bu il də çempion kimi görmək olarmı?

- Açığı, mən elə "Qarabağ"ı çempion kimi görürəm. Düzdü hələ qarşıda oyunlar var. Amma bu il çempionluğa ən layiqli komanda "Qarabağ"dı.

- "Sumqayıt"la "Neftçi"nin çıxışı haqda nə düşünürsüz?

- "Sumqayıt" haqda onu deyə bilərəm ki, bu il yaxşı oyun göstərirlər. Fikrimcə elə 4-cü yerə ən layiqli komanda "Sumqayıt"dı. Amma "Neftçi" bu gün avrokuboklara layiq oyun göstərmir. Özüm də bu komandada oynamışam, çempion olub, kubok almışam. Lakin "Neftçi"də elə legionerlər, futbolçular var ki, komandaya layiq deyil. Bu hamısına aid deyil. "Neftçi" həmişə "1 nömrə" olub, çempionluq uğrunda mübarizə aparıb. "Neftçi"də oynamaq hamımızın uşaqlıq arzusudu. İndi isə sıradan komanda kimi görünür. İndi "Sumqayıt"ın şansı daha çoxdu.

- "Sumqayıt" avrokuboklarda iştirak etməyə hazırdı?

- Bunu deyə bilmərəm. Təki vəsiqə qazansınlar. Sumqayıt futbolunun içindən çıxan insan kimi istərdim ki, komanda avrokuboklarda iştirak etsin. Sonra baxarıq. Yəqin  ki, avrokuboklara düşsə daha da güclənər. 

- "Sumqayıt" yerli futbolçulara üstünlük verir. Yəni komandada legioner oynatmaq rəhbərliyin marağında deyil. Bu mənada komanda avrokuboklara vəsiqə qazansa orda oynamaq çətin olmayacaq?

- Düzü legioner oynasa daha yaxşı olar. Ancaq azərbaycanlı futbolçular da öz güclərini göstərsinlər. Nəyə qadir olduqlarını bilsinlər. Belə baxanda çətinlik görmürəm. Çempionatdakı kimi davam etsələr heç bir çətinlik görmürəm. Minimum bir mərhələ adlaya bilərlər.

- Kamran Quliyevin "Neftçi"yə getməsi sizin üçün nə dərəcədə gözlənilən oldu?

- Həm Kamran müəllimin həm də Ceyhun Sultanovun ora gedişatı gözlənilməz oldu. Hər ikisini yaxşı tanıyıram. İlk növbədə yeni iş yerlərində uğurlar arzulayıram. İnanıram ki, ən azından "Neftçi"də yaxşı mənada dəyişikliklər edəcəklər. 

- Bəs onların gedişi "Sumqayıt"ın çıxışına nə dərəcədə təsir edəcək?

- Bunu zaman göstərəcək. Hazırda prezident vəzifəsini Vaqif müəllim icra edir. Bizə yad insan deyil. O da öz işini bilir. Düşünürəm ki, elə də böytük təsiri olmayacaq. Ən azı "Sumqayıt" avrokuboklar uğrunda vuruşacaq və fikrimcə 4-cü yeri də tutacaqlar. 

Sport7.az

Xəbər lenti