Aqil Nəbiyev:

Aqil Nəbiyev: "Məşqçilərə vaxt verəcəklərini desələr də..."

Yığmamızın sabiq futbolçusu, sonuncu dəfə "Şüvəlan"da baş məşqçi kimi çalışmış Aqil Nəbiyev əsas və aşağı yaş qruplarından ibarət millilərimizə təyinatlara münasibətini bildirib.

Aqil bəy Sport7.az-a açıqlamasında bunları söyləyib: "Açığı tam məlumatlı deyiləm. Saytlardan oxumuşam ki, əsas və aşağı yaş qruplarından ibarət millilərimizə yeni baş məşqçilər təyin olunub. Təyinatlar gec oldu. Çox götür-qoy etdilər. Əsas odu ki, Azərbaycan futbolu üçün faydalı olsun. Kim gəlir-gəlsin, gələcəyimiz üçün öz töfhəsini verəcəksə niyə də olmasın? Bunu da zaman göstərəcək. Desəm ki, onlar xeyir verməyəcək yanılaram. Əksini desəm yenə də yanılaram. Ona görə də bir qədər zaman lazımdı. Təbii ki, Azərbaycan futbolunun içini bilən insanlar da lazımdı. Vaxt var idi Türkiyə çempionatında klubların 90 faizində əcnəbilər çalışırdı. Sonda klub rəhbərləri öz məşqçilərinə yönəldilər. Çünki onlar türk futbolunu daha yaxşı bilirdi. Ancaq bildiyimə görə aşağı yaş qruplarından ibarət yığmalarımıza əksər vaxtlarda məhz azərbaycanlı baş məşqçilər rəhbərlik edib. Çox güman, Yurçeviçin yanında azərbaycanlı məşqçilər də çalışacaq. AFFA ilə hazırkı məşqçilərin arasındakı söhbətlərin detallarını bilmirik. Təbii ki, əcnəbiyə də vaxt lazım olacaq. Qurban Qurbanov 1 il çalışdı. Halbuki uzun müddətli müqavilə bağlamışdılar. Hər bir məşqçiyə vaxt verilməlidi. Təəssüflər olsun ki, gələn məşqçilərə əvvəl vaxt verəcəklərini deyirlər, amma nəticələr yaxşı olmayanda yolları ayırırlar. Yenə də hər şeyi zaman göstərəcək. Təki Azərbaycan futbolu üçün xeyirli olsun. İnanıram ki, belə də olacaq".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR