Aqil Nəbiyev: “Qurbanova düşüncələrini reallaşdırmaq üçün vaxt lazımdı”

Aqil Nəbiyev: “Qurbanova düşüncələrini reallaşdırmaq üçün vaxt lazımdı”
Yığmamızın sabiq müdafiəçisi, hazırda "Şüvəlan”ı çalışdıran Aqil Nəbiyev yığmamızın son oyunları ilə bağlı fikirlərini bildirib.

Aqil bəy Sport7.az-a açıqlamasında bunları söyləyib:

"Həm Qırğızıstan, həm də Qazaxıstanla oynadılar. Fərqli oyunlar oldu. Qazaxıstan futbolu inkişaf edir. Azarkeşlərin sayına baxanda çox təəccünbləndim. Maraq çoxdu. Oyuna gəlincə çox pis başladıq. Ard-arda qollar vurdular. ən böyük problemlərimizdən biri o idi ki, hücumlara dərhal çıxa bilmirdik. Səhvlərimiz oldu. Təbii ki, futbolda bu normaldı. Qurban Qurbanov tam heyəti müəyyənləşdirməyib. Bəzi futbolçular oynamadılar, bəzilərini də yoxlamaq istəyirdilər. İnanıram ki, Qurban Qurbanov bəzi çatışmazlıqları aradan qaldırıb, sonda optimal heyəti meydana çıxaracaq. Bilinmir ki, hansı heyətlə mübarizə aparacaq. Amma ümumilikdə götürəndə ilk 25-30 dəqiqədə istədiyimiz səviyyədə oyun nümayiş etdirmədilər. 

Qazaxıstan futbolundan xəbərim var idi. Çətin olacağını gözləyirdim. Amma bunların belə, bütün xətlərdə gözəl futbol oynayacağını gözləmirdim. Səhv etmirəms qapımıza 3-cü qolu vuran futbolçunun 19 yaşı vardı. Qazaxıstan futbolunun həm yığma, həm də klub səviyyəsində inkişafı göz qabağındadı. İndiki durumda yığmamızın məşqçilərini də qınamaq olmur. Yığmanın məşqçisi öz komandasını çıxmaq şərtilə cəmi 3 oyun izləyir. Komandaların sayı çox azdı. Ona görə də tənqid edəndə bir qədər düşünməliyik. Seçim az olanda həqiqətən məşqçilər üçün problemlər yaranır. 

Məncə Qazaxıstan Latviyadan daha keyfiyyətli komandadı. Amma bizim üçün də hər bir oyun önəmlidi. Baş məşqçi tam heyəti formalaşdırmayıb. Yəqin ki, son oyunlarda optimal heyəti meydana çıxaracaq. Yığmadı, əlbəttə, hamımız uğur qazanmasını istəyirik. Məşqçi yenidi, öz taktikası, sistemi var. Bunu tətbiq etmək üçün zaman lazımdı. Onunla uzunmüdətli müqavilə bağlanılıb. Öz düşüncələrini reallaşdırmaq üçün vaxt lazımdı. Fikirləşin ki, "Qarabağ”a bu sistemi yeridənə qədər xeyli vaxt lazım oldu. Daha sonra komanda oynamağa, həm ölkə xaricində, həm də daxilində sözünü deməyə başladı.Birdən-birə istədiyimiz futbolu sərgiləmək çətindi. Eyni zamanda o vaxtı necə dəyərləndirmək lazım olduğunu bilmək lazımdı. Belə baxanda bu gün Qurban Qurban ov ən optimal heyəti yığıb. Bu gün olanımız budu, ən yaxşı futbolçuları dəvət edib. Amma inanıram ki, Qurban Qurbanov öz sistemini tətbiq edəcək. Bir qədər səbrli olmalıyıq”.

Sport7.az

Xəbər lenti