Aquero

Aquero "Mançester Yunayted"ə qarşı oynamayacaq, Zinçenko hazırdı

"Mançester Siti"nin müdafiəçisi Aleksandr Zinçenko Premyer Liqanın 16-cı turu çərçivəsində "Mançester Yunayted"lə oynanılacaq görüşdə forma geyə bilər.

Hücumçu Serxio Aquero isə sözügedən oyunda komandasına kömək edə bilməyəcək.

"Zinçenko bir neçə gündü ki, komanda ilə birlikdə məşq edir. Fiziki baxımdan "Mançester Yunayted"lə oyuna hazırdı. Amma neçə dəqiqə oynayacağını deyə bilmərəm", - deyə baş məşqçi Pep Quardiola bildirib.

Qeyd edək ki, ukraynalı futbolçu oktyabr ayında dizindən zədə almışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR